Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb"
Tarix: 13-01-2021 18:04 | Bölmə: Gündəm
Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb"

"Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir: "Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}