13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Prokurorluq işçilərinin və işə götürülən digər işçilərin ştat sayı həddində dəyişiklik edilib
Tarix: 18-08-2021 16:09 | Bölmə: Gündəm
Prokurorluq işçilərinin və işə götürülən digər işçilərin ştat sayı həddində dəyişiklik edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddində dəyişikliklər təsdiqlənib.

Sərəncama əsasən, görülən işlərlə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər