13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Mariya Zaxarova: “Rusiya delimitasiya prosesinə kömək etməyə hazırdır”
Tarix: 19-08-2021 20:52 | Bölmə: Gündəm
Mariya Zaxarova: “Rusiya delimitasiya prosesinə kömək etməyə hazırdır”

“Rusiya Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyasına kömək etməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı sualı cavablandıran Zaxarova vurğulayıb ki, Rusiya tərəfi dəfələrlə İrəvana və Bakıya müraciət edərək güc tətbiq etməkdən çəkinmək və gərginliyi azaltmaq üçün yalnız siyasi və diplomatik vasitələrdən istifadə etmək istəyib. “Mövcud şəraitdə qarşıdurma ritorikasından istifadənin əks təsirini vurğuladılar. Uzunmüddətli həll yolunun sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamaqdır”.

Zaxarova bildirib ki, biz bu prosesi lazımi məsləhət yardımı ilə təmin etməyə hazırıq.

"Üçtərəfli işçi qrupuna gəldikdə, Rusiya Federasiyasının, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə həmsədrliyi altında, yəqin ki, artıq gördüyünüz kimi, 17 avqustda fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc olunmuşdu. Görüş Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası hökumətinin saytında yerləşdirilib və məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirəsinə qayıtmağı bacarıblar. Bizim fikrimizcə, bu, bölgənin əhəmiyyətli iqtisadi potensialının açıqlanmasına töhfə vermək məqsədi daşıyır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər