“YAŞAT” Fondu daha 3 qazimizi Türkiyəyə göndərib - Fotolar
Tarix: 01-09-2021 10:37 | Bölmə: Gündəm
“YAŞAT” Fondu daha 3 qazimizi Türkiyəyə göndərib

Ağır yaralanan daha 3 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fondun məlumatına görə, "YAŞAT" tərəfindən Türkiyədən ölkəyə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Türkiyəyə göndərilən qazilər aşağıdakılardır:

1. Süleymanlı Aqil Akif oğlu

2. Əliyev Çingiz Yaquf oğlu

3. Səlimzadə Tural Vasif oğlu.

“YAŞAT” Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: My Webpage





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}