13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Prezident BMT-nin 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
Tarix: 22-09-2021 16:57 | Bölmə: Gündəm
Prezident BMT-nin 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək

Sentyabrın 14-də BMT Baş Assambleyasının (BA) növbəti, 76-cı sessiyası öz işinə başlayıb.

Reyting.az
xəbər verir ki, Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid BMT BA-nın 76-cı sessiyasının prezidenti seçilib. Bununla da BMT BA-nın 75-a sessiyasının prezidenti Volkan Bozkırın (Türkiyə) səlahiyyətləri başa çatıb.

Ənənəvi olaraq, sessiya çərçivəsində yüksəksəviyyəli ümumi müzakirələr keçiriləcək. Dövlət və hökumət başçılarının iştirakı nəzərdə tutulan ümumi müzakirələr sentyabrın 21-dən başlayıb və sentyabrın 27-dək davam edəcək.

Müzakirələrin əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş illik hesabatını təqdim edib. Hesabatda beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, insan hüquqlarının müdafiəsi və təşviqi, həmçinin digər önəmli məsələlərə toxunulur.

Pandemiya ilə əlaqədar bu il ümumi müzakirələr seqmentinin hibrid formada, yəni həm fiziki iştirak, həm də virtual (videomüraciət) formada olması nəzərdə tutulub. Bu ilki ümumi müzakirələrin mövzusu belədir: "Ümid vasitəsilə müqavimətin gücləndirilməsi: COVID-19-dan sonra bərpa, dayanıqlığın yenidən qurulması, planetin ehtiyaclarının cavalandırılması, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması”.

Ümumi müzakirələr BMT BA-nın ən önəmli seqmentlərindən biridir. Belə ki, qlobal platforma olan BMT BA-nın bu mötəbər kürsüsündən dövlət və hökumət başçıları istər milli, istərsə də beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı öz baxışlarını, dövlətlərinin siyasətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

Müzakirələrdə Azərbaycan Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, ABŞ Prezident Cozef Baydenin, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və bir çox digər dövlət və hökumət başçılarının çıxışları gözlənilir. Bu il müzakirələr zamanı dövlət və hökumət başçıları tərəfindən əsasən COVID-19 pandemiyası, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və digər önəmli məsələlərə toxunulacağı gözlənilir.

Ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciət formatında çıxışı nəzərdə tutulub. BMT BA-nın bu ilki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edəcək, qalib Azərbaycan xalqını təmsil edəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər