20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Eldar Mahmudovun haker qrupunun şok cinayətləri üzə çıxır – Böyük məbləğdə pul oğurluğu, şantaj və c.
Tarix: 20-04-2016 11:48 | Bölmə: Gündəm


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun kriminal bandasında haker qrupu da olub.

Reyting.az bildirir ki, musavat.com-un məlumatına görə, sabiq nazirin razılığı ilə həmin hakerlər müxtəlif bankların sisteminə hücumlar təşkil ediblər. Sonradan isə həmin banklara belə hücumların qarşısını almaq üçün MTN rəhbərliyi orada öz kadrlarını yerləşdirib. Bununla da banklarda Eldar Mahmudovun maraqlarından çıxış edən kadrlar peyda olub. Həmin kadrlar vasitəsilə əldə olunan məlumatlar sonradan bankların rəhbərliyini daim şəxsi nəzarətdə saxlamağa imkan verib.

Hakerlər qrupu ötən ilin oktyabrında MTN-də baş tutan əməliyyatdan az əvvəl oradan qovulub. 6 nəfərdən ibarət olan qrup üzvləri ABŞ banklarının birindən 150 milyon dolları oğurlayıb və dünyanın ən müxtəlif ölkələrində yerləşən banklar üzərindən Azərbaycandakı banklardan birinə yerləşdiriblər. Həmin vaxt bank rəhbərliyi həbsdə olduğundan bankı Eldar Mahmudovun qudası Cahangir Hacıyevə yaxın kadrlar idarə ediblər. Yerli bankdakı hesaba 150 milyon dollar oturandan sonra oradan çıxarılıb.

İddiaya görə, bu məsələni ABŞ-ın müvafiq qurumları da araşdırıb. Hakerlərin çırpışdırdığı pulun son nəticədə Azərbaycandakı bank hesabından çıxarıldığı müəyyən edilib. Bundan sonra Azərbaycanın müvafiq qurumlarına məsələ ilə bağlı məlumat verilib. Məsələ araşdırılıb və ölkə rəhbərliyi səviyyəsində pulun qaytarılması ilə bağlı qərar verilib.

Araşdırmalar zamanı həmçinin, pulu ABŞ bankından çırpışdıran hakerlərin Eldar Mahmudovun yaxın əhatəsinə daxil olan şəxslər olduğu üzə çıxıb. Məlum olub ki, həmin hakerlər tez-tez Eldar Mahmudovun yaxın ətrafı ilə görüşürlər.

Bu olaydan sonra Eldar Mahmudovun haker qrupundan xəbər yoxdur. Onların ölkədən qaçırıldığı haqda məlumatlar var. Belə ehtimallar da var ki, qeyri-rəsmi formalaşdırılan haker qrupu sabiq nazirin istəyinə uyğun olaraq bu və ya digər məmurun kompüter şəbəkəsinə daxil olmaqla məlumatlar toplayıb. Həmin məlumatlar sonradan məmurların şantaj olunmasında istifadə olunub.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər