FİFA Avstraliya yığmasını bütün turnirlərdən çıxara bilər
Tarix: 30-09-2018 19:07 | Bölmə: İdman / Xəbərlər
FİFA Avstraliya yığmasını bütün turnirlərdən çıxara bilər

FİFA Avstraliya Futbol Federasiyasının (AFR) öz təşkilatında üzvlüyünü dayandıra bilər.

Reyting.az
bildirir ki, AFR-in məlumatına görə, bu qərar əgər avstraliyalılar yerli federasiyanı sarsıdan böhranı administrativ qaydada həll edə bilməsələr qəbul olunacaq.

Onun üzvləri FİFA-nın tələblərinə müvafiq olaraq təşkilatın yenidən qurulmasını razılaşdıra bilmirlər. Əgər yaxın müddətdə islahatla bağlı razılaşma əldə olunmazsa, FİFA Avstraliya Futbol Federasiyasını buraxacaq.

Avstraliya federasiyasının cəzası avtomatik olaraq Avstraliya yığmalarının beynəlxalq turnirlərdən, o cümlədən 2019-cu ilin əvvəlində keçiriləcək Aziya Kubokundan kənarlaşdırılması üçün əsas verəcək. Avstraliya bu kubokun qalibidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}