16:39 / 28-11-2024
Sabah qar yağacaq
Beynəlxalq şahmat federasiyasına yeni prezident seçildi - Foto
Tarix: 03-10-2018 19:59 | Bölmə: İdman / Xəbərlər
Beynəlxalq şahmat federasiyasına yeni prezident seçildi

Beynəlxalq şahmat fedrasiyasının (FIDE) Gürcüstanın Batumi şəhərində keçirilən konqresində yeni prezident seçkisi baş tutub.

Reyting.az
xəbər verir ki, səsvermənin nəticəsinə görə bu ali postu Rusiya hökuməti başçısının keçmiş müavini Arkadi Dvorkoviç tutacaq.

Dvorkoviçin namizədliyinin lehinə 103 nəfər səs verib. FIDE-nin uzun illər vitse-prezidenti olan Qeorqios Makropulos isə cəmisi 78 səs toplaya bilib.

Beynəlxalq şahmat federasiyasına yeni prezident seçildi

Bu posta iddialı olan britaniyalı Naycel Şort əvvəlcədən Dvorkoviçin lehinə mübarizədən geri çəkilib.

FIDE-nin keçmiş rəhbəri rusiyalı Kirsan İlümjanov iyulun 13-də vəzifəsindən uzaqlaşdırılıb və Dvorkoviçin namizədliyi irəli sürüləndən sonra yenidən seçilməkdən imtina edib.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib
26-11-2024, 21:38 Ordubadda zəlzələ olub

bütün xəbərlər