18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Şenol Günəş: "Ramos haqqında indi heç nə deyə bilmərəm"
Tarix: 17-08-2023 17:25 | Bölmə: İdman
Şenol Günəş: "Ramos haqqında indi heç nə deyə bilmərəm"

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Neftçi" ilə oyundan əvvəl sualları cavablandırıb.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yeni transferləri olan kosovolu Raşicanın istedadlı oyunçu olduğunu deyib və əlavə edib ki, o, komandaya böyük xeyir verəcək.

Son mövsümü "Qalatasaray"da keçirən Raşica haqqında danışan Günəş bildirib ki, Raşica keçən mövsümdə çox yaxşı oynayıb:

"O, istedadlı və xarakterli oyunçudur".

Keçmiş tələbəsi Taliscadan da bəhs edən Günəş qeyd edib ki, onun transferri mümkünsüzdür.

37 yaşlı Ramosa gəldikdə isə, baş məşqçi onun transfer prosesindən xəbərsiz olduğunu deyib:

"Onun gah Amerikaya, gah Ərəbistana, gah da Türkiyəyə gedəcəyini deyirlər. Son vəziyyəti bilmirəm. O, özünü sübut etmiş oyunçudur. Pepe bizə əvvəl gəlmişdi. Uzun illər futbol oynadı, Ramos haqqında isə indi heç nə deyə bilmərəm"

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}