Üç məşhur futbolçu UEFA-nın mükafatına namizəd olub
Tarix: 17-08-2023 18:17 | Bölmə: İdman
Üç məşhur futbolçu UEFA-nın mükafatına namizəd olub

UEFA rəsmi saytında 2022/2023 mövsümünün sonunda verilən “İlin ən yaxşı oyunçusu” mükafatına namizədləri açıqlayıb.

Reyting.az
xəbər verir ki, ən çox səs toplayan ilk üç namizəd aşağıdakılardır:

Lionel Messi (hücumçu, PSJ, hazırda "İnter Mayami"də oynayır),

Erlinq Haaland (hücumçu, "Mançester Siti"),

Kevin De Bruyne (yarımmüdafiəçi, "Mançester Siti").

İlkin olaraq 2022/2023 mövsümündəki çıxışlarına əsasən səsvermə üçün oyunçuların qısa siyahısı tərtib edilib. Daha sonra ötən mövsüm Avropa yarışlarında çıxış etmiş klubların baş məşqçiləri ilə UEFA-ya üzv ölkələrin milli komandalarının məşqçiləri arasında səsvermə yolu ilə ilk üçlük müəyyənləşib.

Məlumata görə, seçicilər arasında xüsusi seçilmiş jurnalistlər də olub. Məşqçilərə öz komandalarının oyunçularına səs verməyə icazə verilməyib.

Qalib avqustun 31-də Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}