18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
“Neftçi” ilə “Beşiktaş” əməkdaşlıq protokolu imzalayıblar
Tarix: 17-08-2023 18:24 | Bölmə: İdman
“Neftçi” ilə “Beşiktaş” əməkdaşlıq protokolu imzalayıblar

“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalanıb.

Reyting.az
xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş”-“Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək mərasimi olub. Bundan sonra Bakı klubunun baş icraçı direktoru Fərrux Mahmudov və İstanbul təmsilçisinin ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin, media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}