18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
"Qarabağ" pley-offa yüksəlib, “Neftçi” və Sabah" uduzub - Yenilənib
Tarix: 18-08-2023 01:56 | Bölmə: İdman
"Qarabağ" pley-offa yüksəlib, “Neftçi” və Sabah" uduzub - Yenilənib

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" HİK komandasını ilk oyunda olduğu kimi, yenə 2-1 hesabı ilə məğlub edəərk, növbəti mərhələyə yüksəlib.

Reyting.az
xəbər verir ki, komandamız bu dəfə səfərdə HİK-ə səfərdə 2-1 hesabı ilə qalib gəlib.

Beləliklə, Avropa Liqasının pley-offuna yüksələn "Qarabağ" Sloveniya çempionu "Olimpiya" ilə oynayacaq.

Bu gün UEFA Konfrans Liqasında isə “Neftçi” (Bakıdakı ilk oyun 3-1 "Beşiktaş"ın xeyrinə bitib) Türkiyədə "Beşiktaş”la cavab oyununa çıxıb.

36-cı dəqiqədə Emin Mahmudov hesabı açıb - 0:1.

56-cı dəqiqədə Abubakr hesaba tarazlıq gətirib - 1:1

71-ci dəqiqədə isə "Beşiktaş" daha bir qol vurib - 2:1.

Beləliklə, oyun bu hesabla başa çatıb və "Beşiktaş" növbəti mərhələyə yüksəlib. "Neftçi" isə yarışla vidalaşıb.

"Sabah" isə Bakıda 2-0 hesabı ilə qalib gəldiyi oyunun revanşında Bakı vaxtı ilə saat 23.00-da Serbiyada "Partizan"la "döyüş"ə başlayıb.

Bu oyunda da komandamız 2-0-lıq hesabdan sonra penalti zərbələrində uduzub və yarışla vidalaşıblar - 5:4.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}