18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Avropa Liqası: "Qarabağ" qruplara yüksəlib
Tarix: 31-08-2023 22:07 | Bölmə: İdman
Avropa Liqası: "Qarabağ" qruplara yüksəlib

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (ilk oyun 2-0) "Qarabağ"  Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, saat 20-da başlayan oyunun 24-cü dəqiqəsində "Qarabağ"  24-cü dəqiqədə hesabı açıb.

Qolu Toral Bayramov penaltindən vurub - 1:0.

36-cı dəqiqədə isə "Olimpiya" hesaba tarazlıq gətirib - 1:1.

İkinci hissədə isə hesab dəyişməyib və beləliklə, "Qarabağ" iki oyunun nəticəsinə əsasən, 3:2 qalib gələrək, Avropa Liqasında qrup mərhələsinə yüksəlib.

Sabah bu liqada qruplarla bağlı püşkatma olacaq(Mia.az).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}