Polşa Belarusla sərhədi tamamilə bağlayacaq
Tarix: 09-09-2025 16:39 | Bölmə: Dünya
Polşa Belarusla sərhədi tamamilə bağlayacaq

Polşanın baş naziri Donald Tusk qarşıdan gələn “Qərb-2025” təlimləri öncəsi ölkəsinin Belarusla sərhədini bu həftə bağlayacağını bildirib.

Reyting.az
-ın Polşa KİV-lərinə istinadla verdiyi məlumata görə, Tusk deyib ki, "Aqressiv Rusiya-Belarus Qərb təlimləri" sentyabrın 12-i cümə günü başlayacaq.

"Cümə axşamı axşam biz Belarusla sərhədləri, o cümlədən dəmir yolu keçidlərini bağlayacağıq", - Polşanın baş naziri əlavə edib.

Onu da qeyd edək ki, ilin ən böyük Rusiya-Belarus hərbi təlimi "Qərb- 2025" sentyabrın 12-16-da keçiriləcək. İlkin məlumata görə, təlimdə minlərlə əsgər və müasir hərbi texnika iştirak edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər