Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
Tarix: 09-09-2025 15:53 | Bölmə: Cəmiyyət
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."

"Daxili qoşunlarda müddətdən artıq qulluq edənlər mənzillə təmin edilmirlər".

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Qüdrət Həsənquliyev komitənin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bütün zabitlərə ev verməkdənsə, onlara həmin evə uyğun məbləğdə ödəniş edilməsini təklif edib:

"Yəni, onlara müəyyən vəsait də ayrıla bilər ki, istədikləri yerdən mənzil alsınlar. Ordu üçün evlər tikilir. Bəlkə kimsə həmin yerdə yox, məsələn valideyninə yaxın ərazidə yaşamaq istəyir. Yaxşı olardı ki, bu məsələ Daxili Qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun".




Bölməyə aid digər xəbərlər