18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb
Tarix: 04-09-2023 09:59 | Bölmə: İdman
Azərbaycan millisinin iki oyun üçün heyəti açıqlanıb

AVRO-2024-ün seçmə mərhələsində Belçika, beynəlxalq yoldaşlıq oyununda isə İordaniya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi düşərgəyə 26 futbolçu dəvət edib.

İtaliyalı mütəxəssis Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasında iştirakını nəzərə alaraq, hücumçunun Belçika ilə oyundan sonra millini tərk etmək istəyini müsbət qarşılayıb.

Qeyd edək ki, yığma sentyabrın 9-da Belçikanı, üç gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma "Dalğa Arena"da gerçəkləşəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}