Türkiyənin milli komandasından daha bir nəfər ayrılıb
Tarix: 21-09-2023 16:33 | Bölmə: İdman
Türkiyənin milli komandasından daha bir nəfər ayrılıb

Türkiyə milli komandasının baş məşqçisi Stefan Kunzun istefaya göndərilməsindən sonra onun köməkçilərindən biri yığmadan ayrılıb.

Reyting.az-
ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, milli Komandanın məşqçilərindən olan Kənan Koçak da yığmadan ayrılmaq qərarına gəlib.

Məlumata görə, o, heç bir halda yeni gələcək məşqçi ilə çalışmaq istəmədiyini deyib.

Məlumata görə, TFF-nin milli komandalar üzrə məsul şəxsi Hamit Altıntop Konan Koçakla görüşərək yeni baş məşqçi təyin olunacaq Vincenzo Montellanın köməkçi olmasını istəyib. Lakin o, buna razılıq verməyib.

AZƏR
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}