Güləşçilərimiz dünya çempionatının finalına yüksəlib
Tarix: 21-09-2023 21:20 | Bölmə: İdman
Güləşçilərimiz dünya çempionatının finalına yüksəlib

Yunan-Roma güləşi üzrə yığmamızın 3 üzvü dünya çempionatının finalına yüksəlib.

Reyting.az
xəbər verir ki, Sənan Süleymanov (77 kq) erməni rəqibi Malxaz Amoyanı məğlub edərək bu hüququ əldə edib.

Süleymanov görüşü 5:0 hesablı üstünlüklə bitirib. Bu qələbə həm də idmançımıza Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.

Qeyri-Olimpiya kateqoriyalarında Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) yarımfinal görüşlərini uğurla başa vurublar. Eldəniz iranlı Pouya Marzdandan, Rafiq isə türkiyəli Burhan Akbudakdan güclü olub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.(Apasport)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}