Nazir: “Millimiz tarixi uğura imza atıb”
Tarix: 25-09-2023 10:31 | Bölmə: İdman
Nazir: “Millimiz tarixi uğura imza atıb”

“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb”.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında paylaşım edib:

“Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.

Qeyd edək ki, mundialda Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}