“Səbail” Fransa yığmasının keçmiş futbolçusu ilə anlaşıb
Tarix: 28-09-2023 11:22 | Bölmə: İdman
“Səbail” Fransa yığmasının keçmiş futbolçusu ilə anlaşıb

“Səbail” Fransa yığmasının sabiq futbolçusunu transfer edib.

Reyting.az
xəbər verir ki, bu barədə klub feysbuk səhifəsində paylaşım edib.

Bildirilib ki, Fransanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının formasını geyinmiş Silvayn Deslandes bundan sonra Bakı klubunun şərəfini qoruyacaq. 26 yaşlı sol cinah müdafiəçisi yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Fransada “Kan” klubunun yetirməsi olan Silvayn Deslandes son olaraq Macarıstan təmsilçisi “Debretsen”də çıxış edib. O, 2015-2020-ci illərdə İngiltərə klubu “Vulverhempton”a məxsus olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}