Messi və Ronaldu yenidən bir-birinə qarşı oynaya bilər
Tarix: 29-09-2023 08:55 | Bölmə: İdman
Messi və Ronaldu yenidən bir-birinə qarşı oynaya bilər

Səudiyyə Ərəbistanının “Əl-Bilad” qəzetinin jurnalisti Əli Alabdallah “X” sosial şəbəkəsindəki hesabında Çində ABŞ-ın “İnter Mayami” klubu ilə Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandaları arasında oyunun keçirilə biləcəyini yazıb.

Mənbənin sözlərinə görə, qarşılaşmanı müəyyən beynəlxalq marketinq şirkəti təşkil etmək istəyir. Bu matçda Lionel Messi və Kristianu Ronaldu da daxil olmaqla bütün ulduz futbolçuların iştirak edəcəyi gözlənilir. Qeyd edək ki, futbolçular artıq 2023-cü ilin əvvəlində bir-biri ilə qarşılaşıblar. Həmin vaxt PSJ Ər-Riyad komandası ilə qarşılaşıb.

Messi iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Hücumçunun uğurlu seriyası doqquz oyunda dayanıb.

Ronaldu 2 yanvar 2023-cü ildə “Əl-Nəsr”ə keçdi. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq. Bu mövsüm futbolçu bütün turnirlərdə səkkiz matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}