Dünya çempionatı: güləşçilərimiz 5 medal qazanıb
Tarix: 01-12-2023 22:45 | Bölmə: İdman
Dünya çempionatı: güləşçilərimiz 5 medal qazanıb

Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda hərbçilər arasında keçirilən dünya çempionatının üçüncü gününü 5 medalla başa vurub.

Reyting.az
xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb.

Yunan-Roma güləşçisi Ülvi Qənizadə (72 kiloqram) əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə italiyalı rəqibinə qalib gələrək birinci yerin sahibi olub.

Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə üçüncü yerləri tutublar.

Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.(Report)




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}