18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Barselona" futbolçu üçün 46 milyon ödəməyə hazırdır
Tarix: 30-12-2023 13:32 | Bölmə: İdman
"Barselona" futbolçu üçün 46 milyon ödəməyə hazırdır

"Barselona" rəhbərliyi bu mövsüm İspaniyanın "Xetafe" klubunda icarə əsasında çıxış edən "Mançester Yunayted"in futbolçusu Mason Qrinvudun nümayiş etdirdiyi oyuna heyran qalıb və gələn yay oyunçunu almaq niyyətindədir.

Reyting.az
“The Sun”-a istinadla xəbər verir ki, Kataloniya klubu 22 yaşlı futbolçunun transferi üçün "Mançester Yunayted"ə 40 milyon funt-sterlinq (46 milyon avro) ödəməyə hazırdır.

Xatırladaq ki, bu mövsüm Qrinvud bütün turnirlərdə 15 matçda iştirak edərək beş qol vurub və dörd məhsuldar ötürmə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}