"Səbail" səfərdə "Kəpəz" darmadağın edib
Tarix: 12-02-2024 17:09 | Bölmə: İdman
"Səbail" səfərdə "Kəpəz" darmadağın edib

Bu gün Azərbaycan Premyer Liqasında “Səbail” səfərdə “Kəpəz”lə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, Qəbələdə keçirilən oyunda "Kəpəz" 29-cu dəqiqədə Martins Juniorun qolu ilə hesabı açıb.

45+6-cı dəqiqədə "Səbail" hesaba tarazlıq gətirib. 51, 60, 90-cı dəqiqələrdə qonaq komanda daha 3 qola imza atmaqla oyundan 1-4 hesabı ilə qalib ayrılıb.

Beləliklə, “Səbail” 30 xalla 5-ci yerə yüksəlib. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}