13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb
Tarix: 06-09-2024 10:56 | Bölmə: İdman
Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3. Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər