Azərbaycan Qran-prisi: "Mercedes" pilotu birinci olub - (Yenilənib)
Tarix: 14-09-2024 13:30 | Bölmə: İdman
Azərbaycan Qran-prisi: "Mercedes" pilotu birinci olub - (Yenilənib)

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.

Məlumata görə, mübarizəyə saat 12:30-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Məlumata görə, ən yaxşı nəticəni "Mercedes" pilotu Corc Rassell göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, "McLaren"dən Lando Norris üçüncüdür.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə Şarl Lekler fərqləniblər.

Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcəli pilotların sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq(Report).




Bölməyə aid digər xəbərlər