Azərbaycan komandası Estoniya millisinə məğlub olub
Tarix: 11-10-2024 22:16 | Bölmə: İdman
Azərbaycan komandası Estoniya millisinə məğlub olub

Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

Məlumata görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasiy Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib(Report).

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}