22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
Bu gün Bakının üç rayonunda qaz olmayacaq
Tarix: 03-09-2025 09:25 | Bölmə: Xəbərlər
Bu gün Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Sabunçu, Binəqədi və Nərimanov rayonlarının bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Reyting.az
xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.

Məlumata görə, "I Zabrat" qazpaylayıcı stnasiyasında (QPS) tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ. Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş. Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə sentyabrın 3-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M. İbrahimov, Q. Bayramov, X. Vəliyev, M. Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M. Ə. Sabir, Şəfqət, Dirçəliş, Ə. Haqverdiyev, M. İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş. Rəhimov, M. Əlizadə, C. Hacıbəyli, M. Araz və H. Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.




Bölməyə aid digər xəbərlər