22:48 / 02-09-2025
Tiktoker Xosrov həbs olunub
Pekindəki paradda üç lider yanaşı dayanıb
Tarix: 03-09-2025 07:45 | Bölmə: Xəbərlər
Pekindəki paradda üç lider yanaşı dayanıb

Çin, Rusiya və KXDR liderləri – Si Cinpin, Vladimir Putin və Kim Çen In Pekinin Tiananmen meydanında İkinci Dünya Müharibəsinin başa çatmasının və imperialist Yaponiya üzərində qələbənin 80-ci ildönümünə həsr olunmuş təntənəli paradda yan-yana dayanıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təntənəli mərasimin başlanması siqnalını Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Qianq verib. Silahlı qüvvələrin üç qolundan ibarət parad bölməsi Tiananmen meydanı ilə hərəkət etməyə başlayıb. Eyni zamanda artilleriyadan yaylım atəş açılıb. ÇXR himni səsləndirilib, dövlət bayrağının qaldırılması mərasimi olub. Açılış nitqi ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin çıxış edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər