12:42 / 23-05-2025
Sabah yağış yağacaq
"Araz-Naxçıvan" Əyyub Allaşla müqavilə imzalayıb - Transfer
Tarix: 06-02-2025 09:16 | Bölmə: İdman
"Araz-Naxçıvan" Əyyub Allaşla müqavilə imzalayıb

"Araz-Naxçıvan" qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Reyting.az
xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildiriblər.

Mərakeşəsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla "6 ay +1 illik" müqavilə imzalanıb. 27 yaşlı oyunçu son olaraq Moldovada "Şerif"də çıxış edib.

Qeyd edək ki, Əyyub Allaş 2023-cü ilin qışından 2024-cü ilin yayınadək “Qəbələ”nin formasını geyinib. Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 millisində də çıxış edib.(Report)




Bölməyə aid digər xəbərlər