16:39 / 28-11-2024
Sabah qar yağacaq
Slovakiyalı hücumçu milli komandamıza qarşı oynaya bilməyəcək - Səbəb
Tarix: 28-02-2019 13:49 | Bölmə: İdman
Slovakiyalı hücumçu milli komandamıza qarşı oynaya bilməyəcək

Slovakiya millisinin hücumçusu Adam Zrelyak Avro-2020-nin seçmə mərhələsinin ilk 3 oyununu buraxacaq.

Yerli federasiyanın xəbərinə görə, çıxış etdiyi "Nürnberq" klubunun məşqində zədələnən 24 yaşlı futbolçunun diz bağları qopub. Onun sabah Auqsburqda əməliyyat olunacağı bildirilib. Zrelyakın ən yaxşı halda 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu isə o deməkdir ki, forvard yığmasının qrupda Macarıstan (21 mart), Uels (24 mart) və Azərbaycanla (11 iyun) oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, millimiz Slovakiya ilə ilk oyunu iyunun 21-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər