“Çelsi” səfərdən qələbə ilə qayıtdı
Tarix: 03-03-2019 20:41 | Bölmə: İdman
“Çelsi” səfərdən qələbə ilə qayıtdı

İngiltərə çempionatının 29-cu turunda “Çelsi” səfərdə “Fulhem”i 2:1 hesabı ilə məğlub edib.

Reyting.az xəbər verir ki, London klubunun heyətində argentinalı hücumçu Qonsalo İquain və braziliyalı yarımmüdafiəçi Jorjinyo fərqləniblər.

Meydan sahiblərinin qoulunu Kalum Çembers vurub.

“Çelsi” bu qələbədən sonra 56 xal toplayıb və 6-cı sıradadır.

Bu gün baş tutan digər oyunda “Uotford” öz meydanında “Lesteri” 2:1 hesabı ilə məğlub edib.

Hazırda “Everton”la lider “Liverpul” qarşılaşır. 25 dəqiqədən sonra hesab açılmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}