"Real" Çempionlar Liqası ilə vidalaşdı - Oyunlar
Tarix: 06-03-2019 13:21 | Bölmə: İdman
"Real" Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Bu gecə 1/4 finala yüksələn ilk iki komanda müəyyənləşib.

"Real" doğma meydanda “Ayaks”la qarşılaşır. Amsterdamda 2:1 hesabı ilə qalib gələn Madrid klubu ev matçına üstünlüklə çıxsa, gözlənilmədən uduzub - 1:4 və ÇL-lə vidalaşıb. "Ayaks" isə növbəti mərhələyə vəsiqə qazanıb.

"Borussiya” isə “Tottenhem”i qəbul edib. İlk görüşdə 3 cavabsız qol buraxan Dortmund təmsilçisi bu dəfə də məğlub olaraq, mübarizəni dayandırıb.

Çempionlar Liqası, 1/8 final

6 mart

00:00. “Real" – “Ayaks" - 1:4

Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 70 (1:3), L. Şöne, 72 (1:4)

Baş hakim: Feliks Brix (Almaniya)

İlk oyun – 2:1

00:00. “Borussiya” (Dortmund) – “Tottenhem” - 0:1

Qol: H. Keyn, 49

Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun – 0:3

7 mart

00:00. "Portu" - "Roma"

İlk oyun - 1:2

00:00. PSJ - "Mançester Yunayted"

İlk oyun - 2:0

13 mart

00:00. "Yuventus" - "Atletiko"

İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke

İlk oyun - 3:2

14 mart

00:00. "Barselona" - "Lion"

İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"

İlk oyun - 0:0.(Qol.az)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
22-05-2019, 17:22 Maradona həbs olundu
22-05-2019, 12:47 Messi üçün son şans

{sape_links}{sape_article}