16:39 / 28-11-2024
Sabah qar yağacaq
Baş məşqçi: "Oyundan sonra uşaqlar acıqlı idilər”
Tarix: 21-03-2019 10:53 | Bölmə: İdman
Baş məşqçi: "Oyundan sonra uşaqlar acıqlı idilər”

Rusiyanın U-19 yığmasının baş məşqçisi Andrey Qordeyev AÇ-2019-un elit-raund mərhələsinin ilk turunda Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qolsuz bərabərliyi şərh edib.

Reyting.az-ın məlumatına görə, nəticədən narazı qalan 43 yaşlı çalışdırıcı xal itkisinin səbəbini qol imkanlarını boşa vermələri ilə əlaqələndirib:

"Düzdür, nəticədən bir az narazıyıq. Amma bu, bizim üçün elə də pis vəziyyət deyil. Növbəti matçlarda qalib gəlmək lazımdır. Oyuna gəlincə, məncə, biz vurulmayan qollara görə xal itirdik. Görüş ərzində bir neçə real imkanımız olsa da, təəssüf ki, yararlana bilmədik. Hərdən belə də olur ki, top qapıya girmir. Onu da qeyd etmək istərdim ki, komandamız müdafiədə yaxşı oynadı".

Baş məşqçi oyundan sonra komandanın paltardəyişmə otağında gərginlik olduğunu bildirib: "Oyundan sonra uşaqlar acıqlı və narahat idilər. Paltardəyişmə otağına gedib, onları sakitləşdirdim. Çünki hər şey qaydasındadır, mübarizə davam edir. Hələ turnirdən əvvəl danışmışdıq ki, asan olmayacaq. Nə edəcəyimizi yaxşı bilirik. Sadəcə, daha çox işləməliyik".

Qeyd edək ki, elit-raund mərhələsinin oyunları Rusiyada keçirilir.(Mənbə: Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər