Çex “Çelsi”yə qayıda bilər
Tarix: 27-04-2019 23:12 | Bölmə: İdman
Çex “Çelsi”yə qayıda bilər

Londonun “Çelsi” klubu Petr Çexin texniki direktor vəzifəsinə dəvət edilməsi variantına baxır.

Reyting.az xəbər verir ki, bu postu Maykl Emenal tərk edib.

Mənbənin verdiyi məlumata görə, London klubu “Arsenal”ın qapıçısının soyunub-geyinmə otağındakı vəziyyəti qaydaya qoyacağını bacaracağına ümid edir.

Çex “Çelsi”də 11 il çıxış edib. O, klubla Premyer-liqanın, İngiltərə Kubokunun, Liqa Kubokunun, eləcə də Çempionlar liqasının qalibi olib.

Əlavə edək ki, bu mövsüm çexiyalı qapıçının karyerasındda sonuncu olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
12-07-2024, 21:05 AFFA yeni qərarlar verib

{sape_links}{sape_article}