Messi hava limanına “Barselona”nın avtobusu ilə getmədi - Səbəb
Tarix: 08-05-2019 13:42 | Bölmə: İdman
Messi hava limanına “Barselona”nın avtobusu ilə getmədi

Çempionlar liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Liverpul”a 4:0 hesabı ilə məğlub olan “Barselona”nın oyunçularını hava limanına aparan avtobusda Kataloniya klubunun hücumçusu Lionel Messi olmayıb.

Reyting.az xəbər verir ki, argentinalı dopinq-testdən keçdiyi üçün “Enfild” stadionunda ləngiyib.

Prosedur o qədər çox vaxt aparıb ki, Messini gözləməmək qərara alınıb.

Testdən keçəndən sonra onu fərdi qaydada hava limanına aparıblar.

Bundan əlavə, o, jurnalistlərlə ünsiyyət üçün də dayanmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}