17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
FİFA “Çelsi”yə transfer qadağasını dəyişmədi
Tarix: 08-05-2019 18:00 | Bölmə: İdman
FİFA “Çelsi”yə transfer qadağasını dəyişmədi

FİFA-nın Apellyasiya komitəsi “Çelsi”nin yeni oyunçuların qeydiyyatına qadağa ilə bağlı etirazını qəbul etməyib.

Reyting.az-ın verdiyi xəbərə görə, qeydiyyat qaydalarını pozması və yeniyetmə yaşında olmayan futbolçuların transferi səbəbindən “Çelsi”yə yaxın iki transfer pəncərəsində yeni oyunçularla müqavilə bağlaması qadağan edilib.

Qadağa klubun qadınlardan və milli futbol koimandalarından savayı bütün komandalarına aiddir, ancaq futbolçuların komandanı tərk etməsinə maneə yoxdur.

Nəticədə qadağa qüvvəsində qalıb. FİFA qərara alıb ki, öz qadağasını yaşları 16-dan aşağı oilan oyunçulara aid etməsin. Bu yaşdan aşağı olan futbolçular “Çelsi”nin akademiyasına sərbəst keçə bilərlər.

Bundan əlavə, komitə klubun 600 min isveçrə frankı cərimələnməsi qərarını da qüvvədə saxlayıb.

Britaniya KİV-lərinin məlumatına görə, FİFA “Çelsi”ni yaşları 18-dən yuxarı olmayan 100-dən çox əcnəbi oyunçunun tranferində qaydaları pozmasından şübhələnir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}