Çempionlar liqasının yeni formatı müzakirə olunur
Tarix: 09-05-2019 16:45 | Bölmə: İdman
Çempionlar liqasının yeni formatı müzakirə olunur

UEFA nümayəndələri Nionda Avropa klublar assosiasiyasının adamları ilə görüşüblər Çempionlar liqasının yeni layihəsini səsləndiriblər.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, yeni format 2024-cü ildən start götürməlidir.

Qrup mərhələsində 8 komandadan ibarət 4 qrupun olacağı gözlənilir. Bu Avropa kuboklarında oyunların sayını artıracaq.

Layihədə oyunların istirahət günləri keçirilməsi təklif olunmur. Milli çempionların nümayəndələri bunun əleyhinə çıxış edir. Əgər yeni format təsdiqlənərsə, hər qrupdan ən yaxşı 5 komanda avtomatik olaraq Çempionlar liqasının növbəti mərhələsinə düşəcək.

UEFA prezidenti Aleksandr Çeferin təqdim olunan layihəni şərh edərkən deyib: “Hələ ki heç bir qərar qəbul olunmayıb. Bu, yalnız ideya və fikirdir”.

Çempionlar liqasının finalında İngiltərənin “Tottenhem” və “Liverpul” klubları qarşılaşacaq.

Xatırladaq ki, mayın 7-də “Liverpul” “Barselona”nı 4:0 hesabı ilə darmadağın edib. İlk görüşdə İspaniya komandası 3:0 hesabı ilə qalib gəlmişdi.

Mayın 8-də isə öz meydanında 0:1 hesabı ilə uduzan “Tottenhem” səfərdə “Ayaks”ı 3:2 hesabı ilə məğlub edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}