16:39 / 28-11-2024
Sabah qar yağacaq
Alleqrinin “Yunetus”dakı taleyi bu gün həll oluna bilər
Tarix: 10-05-2019 01:25 | Bölmə: İdman
Alleqrinin “Yunetus”dakı taleyi bu gün həll oluna bilər

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubu tərk etmək istəyir.

Reyting.az xarici mediaya istinadən bildirir ki, 51 yaşlı italiyalı mütəxəssisin gələcəyi ən uzağı bu gün həll olunmalıdır.

Alleqrinin bu günlərdə turinlilərin bossu Andrea Anelli ilə görüşdüyü də bildirilir.

Bundan əvvəl xəbər verilirdi ki, Alleqri mövsümün sonunda klubu tərk edəcək.

İtaliyalı “Yuventus”da 2014-cü ildən işləyir və bu müddətdə 11 mükafat qazanıb. Bunun 6-cı İtaliya çempionluğu, 4-ü Kubok və ikisi ölkənin Superkubokudur.

“Yuventus” iki dəfə Çempionlar liqasının finalına çıxıb və hər ikisində - 2015-ci ildə “Barselona”ya, 2017-ci ildə “Real”a uduzub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər