“Barselona”nın liderlərindən biri daha oynamayacaq
Tarix: 10-05-2019 12:12 | Bölmə: İdman
“Barselona”nın liderlərindən biri daha oynamayacaq

“Barselona”nın hücumçusu Luis Suares əməliyyat keçirəcək və bu mövsüm bir daha meydana çıxmayacaq.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, 32 yaşlı uruqvaylı sağ diz meniskinin zədələnməsi diaqnozu qoyulub.

Cərrahiyyə müdaxiləsindən sonra onun bərpa olunması ilə bağlı dəqiq tarix məlum deyil.

Məlumata görə, oyunçu mövsümün sonunu buraxacaq. Suares bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə verib.

Kataloniyalılar mövsümün qalan hissəsində yalnız bir vacib oyun keçirəcəklər. Bu mayın 25-nə nəzərdə tutulan “Valensiya” ilə İspaniya Kubokunun finalıdır.

“Barselona” vaxtından əvvəl çempionatda qalib olub, Çempionlar liqasında yarımfinalda iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

Reyting. Az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}