17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
O, “Mançester Yunayted”in yeni Qiqqzi ola bilər
Tarix: 10-05-2019 16:13 | Bölmə: İdman
O, “Mançester Yunayted”in yeni Qiqqzi ola bilər

“Syonsi Siti”nin yarımmüdafiəçisi Danel Ceyms tezliklə “Mançester Yunayted”in heyətinə qoşula bilər.

Reyting.az bildirir ki, “Sky Sports”un məlumatına görə, “qırmızı şeytanlar” 21 yaşlı futbolçunu əldə etməyə yaxındır.

Bu keçidin məbləğinin 15 milyon funt olacağı gözlənilir. Əgər tərəflər razılığa gəlsələr, yarımmüdafiəçi yeni komandasına yay transferpəncərisinin açılışından sonra qoşulacaq.

Bundan əvvəl xəbər verilirdi ki, Uels millisinin oyunçusuna “Mançester Siti” də maraq göstərir.

Ceyms bu mövsüm Çempionşildə 33 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib. Mövsümün nəticəsinə görə, “Syonsi” 46 oyundan 65 xal toplayaraq turnir cədvəlində 10-cu yeri tutub.

Ceyms sol yarımmüdafiəçi mövqeyində çıxış edir və “Mançester Yunayted”in heyətində uzun illər bu mövqedə onun əfsanəvi həmyerlisi Rayan Qiqqz oynayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}