17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Avropa çempionatının ilk yarımfinalçısı... – Bu gün bəlli olacaq
Tarix: 30-06-2016 08:38 | Bölmə: İdman


Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşəcək.

Reyting.az "Report”-a istinadən xəbər verir ki, günün tək oyununda Polşa və Portuqaliya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, 1/8 finalda Polşa İsveçrəni məğlub edib. 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında polşalılar dəqiqqolla 1/4 finala yüksəliblər - 4:5. Portuqaliya isə əvvəlki mərhələdə Xorvatiyanı minimal hesablı qələbə ilə turnirdən kənarlaşdırıb.

Cütün qalibi finala çıxmaq üçün Uels və Belçika komandalarının güclüsü iləqarşılaşacaq.

Avropa çempionatı, 1/4 final

23:00. Polşa - Portuqaliya

Baş hakim: Feriks Brıx

Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Majiç

Ehtiyat köməkçi hakim: Milovan Ristiç (hər ikisi Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. "Velodrom" stadionu

Onu da qeyd edək ki, 1/4 finalın digər oyunları 1-3 iyulda keçiriləcək.

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}