14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu - Hesab
Tarix: 20-07-2019 01:23 | Bölmə: İdman
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

Misirin paytaxtı Qahirənin "Cairo International" stadionunda Seneqal və Əlcəzair milli komandaları arasında futbol üzrə Afrika Millətlər Kuboku - 2019-un final matçı keçirilib.

Oyun Əlcəzair yığmasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolun müəllifi 2-ci dəqiqədə fərqlənən Bağdad Buneca olub.

Kubokda üçüncü və dördüncü yerləri müvafiq olaraq Nigeriya və Tunis komandaları tutub.

Turnirin ən yaxşı bombardiri 5 qolla Nigeriya yığmasının forvardı Odion İqalo olub.

Afrika Millətlər Kuboku. Final

Seneqal - Əlcəzair - 0:1

Qol: 0:1 – Buneca – 2.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}