Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
Tarix: 23-08-2019 15:23 | Bölmə: İdman
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Baş hakimı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.

Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” - “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}