16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Azərbaycan taekvondoçuları Qran-pridə 1 qızıl, 1 bürünc medal qazanıblar
Tarix: 15-09-2019 17:14 | Bölmə: İdman
Azərbaycan taekvondoçuları Qran-pridə 1 qızıl, 1 bürünc medal qazanıblar

Yaponiyanın Çiba şəhərində keçirilmiş Qran-pridə Azərbaycan taekvondoçuları iki medal qazanıblar.

G4 kateqoriyalı yarışın son günü 80 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani qızıl medala sahib olub.

Harçeqani ardıcıl olaraq, fransalı İsmail Suhili, ispaniyalı Daniel Barreranı və italiyalı Simone Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetə qarşı döyüşdən də qalib ayrılan əslən iranlı legioner həlledici qarşılaşmada rusiyalı Anton Kramtçovu da yenib.

Daha əvvəl Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.

Yaponiya Qran-prisində Azərbaycanı ümumilikdə 8 taekvondoçu təmsil edib. Növbəti Qran-pri 18 - 20 oktyabrda Bolqarıstanın paytaxtı Sofiyada, final mərhələsi isə 6-7 dekabrda Rusiyanın paytaxtı Moskvada keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər