19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Qurban Qurbanov: "Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir"
Tarix: 19-09-2019 23:40 | Bölmə: İdman
Qurban Qurbanov: "Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir"

"Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindir. Dinamik kollektivdir və topla sürətli davranırlar. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir".

Reyting.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sevilya"ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, futbolda məğlubedilməz kollektiv yoxdur: "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq".




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib