23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
UEFA "Qarabağ"ın hesabına 1 milyon 460 min avro köçürdü
Tarix: 14-11-2019 11:58 | Bölmə: İdman
UEFA "Qarabağ"ın hesabına 1 milyon 460 min avro köçürdü

UEFA-dan gələn növbəti vəsait “Qarabağ” klubunun hesabına köçürülüb.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbəyə görə 570 min avro, Bakıda Kipr APOEL-i ilə 2:2-lik heç-heçəyə görə isə 190 min avro qazanıb.

Həmçinin Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümündə klubun turnir cədvəlindəki mövqeyinə görə 21 min avro (market-pool – ilkin ödəniş) vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Beləliklə, “Qarabağ”ın büdcəsinə 781 min avro (təqribən 1 milyon 460 min manat) daxil olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}