"Qəbələ" futbol klubu dağılır?
Tarix: 24-11-2019 21:20 | Bölmə: İdman
"Qəbələ" futbol klubu dağılır?

"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq".

Bu sözləri "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Sabitliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı".

Baxşiyev sponsor məsələsinə də toxunub: "Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram" /report

Xatırladaq ki, klub turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Bəzi iddialara görə, sponsursuz qalan klubu yaxın aylarda dağılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}