2019-cu ilin ən yaxşı komandaları müəyyənləşib
Tarix: 30-12-2019 22:59 | Bölmə: İdman / Xəbərlər
2019-cu ilin ən yaxşı komandaları müəyyənləşib

Beynəlxalq İdman Mətbuatı Birliyi səsvermə ilə 2019-cu ilin ən yaxşı komandasını müəyyənləşdirib.

Reyting.az
xəbər verir ki, qurumun yaydığı məlumatda bildirilir ki, keçirilən səsvermədə futbolla yanaşı, digər idman növləri üzrə komandalar qiymətləndirilib. Qalib "Liverpul" olub.

Bu il Çempionlar Liqası və UEFA Superkubokunu qazanmağı bacaran "mersesaydlılar" 908 səs toplayıblar. Bu, ümumi seçicilərin 30,21 faizini təşkil edib.

İlk 10-luq:

1. "Liverpul" (futbol, kişilər) - 30.21 faiz

2. ABŞ komandası (futbol, qadınlar) - 17.9 faiz

3. Cənubi Afrika (reqbi, kişilər) - 14.44 faiz

4. Braziliya millisi (voleybol, kişilər) - 8.88 faiz

5. "Dyöri Audi" (həndbol, kişilər) - 5.79 faiz

6. Danimarka millisi (həndbol, kişilər) -4.59 faiz

7. Norveç yığması (biatlon) -3.89 faiz

8. İtaliya millisi (su polosu, kişilər) - 3.79 faiz

9. İspaniya millisi (basketbol, qadınlar) - 3.26 faiz

10. Yaponiya yığması (cüdo) - 2.43 faiz.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}