09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
“Neftçi”, “Səbail”, “Qəbələ” və “Sabah” qalib olub
Tarix: 16-02-2020 23:00 | Bölmə: İdman
“Neftçi”, “Səbail”, “Qəbələ” və “Sabah” qalib olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

Reyting.az
-ın məlumatına görə, turun son oyununda "Neftçi" "Keşlə"ni qəbul edib.

"Bakcell arena"da keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 11-ci dəqiqədə açılıb. "Ağ-qaralar"ın heyətində Baqali Dabo adını tabloya yazdırıb. 17-ci dəqiqədə "Neftçi" ikinci topu rəqibin qapısından keçirib.

Bu dəfə Mamadu Mbodj fərqlənib. İkinci hissəyə daha fəal başlayan "Keşlə" futbolçuları 53-cü dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Sezar Meza Kolli penaltidən fərqi minimuma endirib.

Ancaq qonaqların qol sevinci cəmi 5 dəqiqə çəkib. 58-ci dəqiqədə Stiven Jozef-Monroz dəqiq zərbə ilə komandasının 3-cü qolunu vurub.

Bu, Füzuli Məmmədovun "Neftçi"nin baş məşqçisi kimi ilk qalibiyyəti, "Keşlə"nin isə qış fasiləsindən sonra ardıcıl ikinci məğlubiyyəti olub.

Bu qələbədən sonra xallarını 30-a çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini möhkəmləndirib. "Keşlə" isə 26 xalla 3-cü sırada qalıb.

Günün ilk oyununda "Səbail" doğma meydanda "Qəbələ"yə qalib gəlib - 3:1.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər